İki maşın toqquşub, yol 1 saatadək bağlı qalıb

İki maşın toqquşub, yol 1 saatadək bağlı qalıb
15:32 1 Yanvar 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 1-də günorta saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.
 
Masallı rayonu Mahmudavar kənd sakininin idarə etdiyi "VAZ-21099" markalı, 42 BU 514 dövlət nömrə nişanlı minik avtomobili körpüdən keçərkən qarşı tərəfdən gələn, Masallı rayonunun Türkoba kənd sakininin idarə etdiyi "VAZ-2106" markalı, 10 CP 427 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
 
Güclü zərbə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Qəzadan sonra şose yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saata kimi məhdudlaşdırılıb.
 
Hadisə yerinə gələn yol polisi əməkdaşlarının müdaxiləsindən sonra yolda maşınların hərəkəti bərpa olunub.
 
İlkin versiya kimi, qəzanın hər iki nəqliyyat vasitəsi sürücüsünün düzgün manevr etməməsi səbəbindən baş verdiyi bildirilir.
 
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR