Qazaxda bayram şənlikləri

Qazaxda bayram şənlikləri
16:18 1 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 1 yanvar, AZƏRTAC
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir. Şəhər və kəndlər bayramsayağı bəzədilib, idarə, müəssisə və təşkilatlarda, məktəblərdə və məktəbəqədər tərbiyə müəssisələrində yolkalar bəzədilib, rayonda bayram günlərinin keçirilməsi üçün tədbirlər planı hazırlanıb.
Həmin tədbirlər çərçivəsində Qazax Rayon İcra Hakimiyyətində geniş toplantı keçirilib. Toplantını giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açaraq 2015-ci ildə ölkəmizdə və Qazax rayonunda sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlar barədə toplantı iştirakçılarına məlumat verib.
Təntənəli toplantı Qazax şəhərindəki mədəniyyət mərkəzinin qarşısında möhtəşəm bayram şənliyi ilə davam etdirilib. “Vurğun” instrumental ansamblının üzvlərinin ifa etdiyi musiqilər, mahnı və rəqslər bayram əhval-ruhiyyəsinə daha bir xoş ovqat qatıb. Yeni ilin əsas atributları olan Şaxta baba və Qar qızın rayon sakinlərini şənliyə çağırması, söylədikləri şeirlər və əhvalatlar şənlik iştirakçılarına unudulmaz anlar bəxş edib.
Qazax şəhərinin digər hissəsində, Uşaq Əyləncə Mərkəzində də böyük bayram izdihamı hökm sürüb. Əyləncə Mərkəzinin bir neçə yerində yolkalar qurulmuş, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə alan azyaşlı körpələr yolka ətrafında dövrə vuraraq şənləniblər. Xoş musiqi sədaları və əyləncəli proqramlar azyaşlı uşaqların bayram şənliklərini daha da rəngarəng, maraqlı və yadda qalan edib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_bayram_senlikleri-915811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR