"Baş şeytan": "Udmasaq çempionluğu unudun"(FOTO)

"Baş şeytan": "Udmasaq çempionluğu unudun"(FOTO)
16:21 1 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted” klubunun baş məşqçisi Lui van Qal İngiltərə çempionatının 20-ci turunda “Suonsi” ilə matçdan əvvəl rəy bildirib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi bəyan edib ki, əgər komanda qalib gəlməsə bu halda çempionluğu unutmaq lazımdır.

“Biz “Suonsi” yə qalib gəlməyə məcburuq. Əks halda liderlərdən geri qalsaq , çempionluğu unutmalıyıq. Biz qarşıya qoyduğumuz vəzifəni yerinə yetirməliyik. ” Əlbəttə, qalib gəldiyimiz zaman motivasiyamız yüksək olacaq. “Mançester Yunayted”ə qələbə lazımdır ki, mövsumun sonunda turnir cədvəlinin ortalarında yox , liderlərin arasında olaq”.- deyə məşqçi əlavə edib.


İngiltərə çempionatının cədvəli

Oyun sabah saat 19:00-da "Qırmızı şeytanlar"ın meydanında olacaq. "Mançester Yunayted" son 7 oyunda qələbə qazanmayıb. Baş məşqçi Van Qalın komandası bu mövsum uğursuz oyun nümayiş etdirərək, azarkeşlərini məyus edir. " Qırmızı şeytanlar" İngiltərə çempionatında 19-cu turdan sonra 30 xalla 6-cı pillədədir.


"Maçester Yunayted"in futbolçuları

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR