Avrasiya İttqifaqının rəhbəri dəyişdi (FOTO)

Avrasiya İttqifaqının rəhbəri dəyişdi (FOTO)
16:26 1 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan 1 yanvar tarixindən Avrasiya İqtisadi İttifaqına sədrlik edəcək.

ANS PRESS-in məlumatına görə, dekabrın 21-də Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Viktor Xristenko rəhbərliyin dəyişdirlməsi barədə qərar qəbul edib.

Viktor Xristenkonun sözlərinə görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Ali Avrasiya İqtisadi İttifaqına rəhbərlik edəcək. 1 fevral tarixindən Avrasiya İqtisadi İttifaqı yeni tərkiblə fəaliyyətə başlayacaq.


Viktor Xristenko Aİİ-nın Kollegiya sədri.

O həmçinin qeyd edib ki, vəzifənin bir ölkədən digər ölkəyə ötütürlməsi yüksək səviyyədə həyata keçirilib. Birliyə daxil olan 10 ölkədən yalnız ikisi- Ermənistan və Rusiya yenidir.

Qazaxıstan bu postu 2015-ci il müddətində idarə edən Belarusdan təhvil alıb.

29 may 2014-cü il tarixində Belarus , Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını kordinasiya edə bilirlər. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfıra etdirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var.

Birliyin tərkibinə adıçəkilən dövlətlərdən başqa Ermənistan və Qırğızıstan da daxildir.

Aİİ-yə daxil ölkələr


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR