Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimizin üzvü Məkkəyə gedir

Millimizin üzvü Məkkəyə gedir

Date: 1 January 2016 16:27

"Qəbələ"nin və millimizin üzvü Məhəmməd Mirzəbəyov Məkkəyə gedir. Fanat.az xəbər verir ki, bu barədə o, özü məlumat verib:


“Mənim üçün çox yaxşı keçən 2015-ci ildə 2 klubun şərəfini qorudum. “İnter”lə gümüş medal qazandıqdan sonra “Qəbələ”yə keçdim. Bu, karyeramda irəliyə doğru addım oldu. Çünki yeni komandamla Avropa Liqasının qrup mərhələsinin iştirakçısı oldum. Bu, hər futbolçu üçün böyük əhəmiyyət kəsb edən turnirdir. Belə yarışda çıxış etmək çox faydalıdır. İnanıram ki, 2016-cı ildə də nəticə qazana biləcəyik. Uzun müddətdir ayrı qaldığım ailəmin yanında, Dağıstandayam. İstirahət müddətində bir sıra futbolçularla birgə müqəddəs yer olan Məkkəyə getməyi planlaşdırıram”.


Fanat.az


Tags:  Millimizin üzvü Məkkəyə gedir

RƏYLƏR


Top news