Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Velosipedçilər xüsusi “çempion” köynəyi ilə təltif olunublar

Velosipedçilər xüsusi “çempion” köynəyi ilə təltif olunublar

Sahib Ələkbərova Avropa Velosipedçilər Birliyində yüksək vəzifə verildi (06 Mart 2017 10:47)

Tarix: 1 Yanvar 2016 17:03


Bakı, 1 yanvar, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyası 2015-ci ildə keçirilmiş şosse yarışlarının nəticəsinə əsasən, öz yaş qrupunda reytinq sıralanmasına başçılıq edən velosipedçiləri xüsusi “çempion” köynəyi və xatirə hədiyyələri ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, mövsümün yekunu olaraq U-15, U-17 və gənclər kateqoriyasında 1-ci yerə 8 nömrəli İdman Olimpiya Məktəbinin yetirmələri layiq görülüb. Tədbirdə müvafiq olaraq David Proherkus, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı mükafatlandırılıblar.
Qeyd edək ki, adları çəkilən idmançılar 2016-cı ildə keçiriləcək bütün ölkədaxili yarışlarda “çempion” köynəyi ilə mübarizə aparacaqlar.


Teqlər:  Velosipedçilər xüsusi çempion köynəyi təltif olunublar



RƏYLƏR


Top xəbərlər