Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çayda bərə batdı, 18 nəfər öldü (VİDEO)

Çayda bərə batdı, 18 nəfər öldü (VİDEO)

Date: 1 January 2016 17:06

Misirdə bərənin batması nəticəsində azı 18 nəfər həlak olub.

ANS PRESS-in məlumatına görə, hadisə Nil çayında baş verib. Bərə Misirin iki şəhəri - Kəfr-əş Şeyx və Buxeyra arasında işləyib. Vilayət qubernatorunun məlumatına əsasən, bərənin göyərtəsində 22 sərnişin olub. Onların 18-nin meyiti artıq tapılaraq, aidiyyatı orqanlara təhvil verilib. Daha dördünün meyiti isə hələ də axtarılır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, bu barədə araşdırmalar aparılır. Hal-hazırda hadisə yerində xilasedicilər çalışır.


Buxeyra, Kəfr-əş Şeyx, Misir


Ümumiyyətlə, Nil çayında batan bu bərə ilk hadisə deyil. Ötən il Cənubi Sudanda Nil çayında üzən bərənin batması nəticəsində azı 200 nəfər ölüb. Bərədə olanların böyük əksəriyyəti qadın və uşaqlar olub və onlar hamısı batıb. Ölənlərin Malakal dairəsində silahlı qruplaşmalardan qaçan sakinlər olduğu bildirilir.


Nil çayında bərənin batması haqqında xəbər


Nil çayı - Uzunluğuna görə dünyanın ən böyük iki çayından biridir. Uzunluğu 6853 km-dir. Afrika materikində yerləşir. Çay öz başlanğıcını Şərqi Afrika yaylasından götürərək Aralıq dənizinə tökülür. Nil 10 ölkənin ərazisində axır.


Nil çayının axdığı ölkələr

Tags:  Çayda bərə batdı 18 nəfər öldü VİDEO


RƏYLƏR


Top news