Hava şəraiti 24 maşının toqquşmasına səbəb oldu, ölən var

Hava şəraiti 24 maşının toqquşmasına səbəb oldu, ölən var
17:16 1 Yanvar 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

ANS PRESS-in məlumatına görə, hadisə Almaniyanın Paderborn şəhərində baş verib. 24 maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 66 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Ölən şəxsin 74 yaşlı kişi olduğu deyilir.

Hadisə yerinə çoxlu poli və təcili tibbi xidmətin əməkdaşları cəlb olunub.

İlkin məlumatlara görə, hadisəyə hava şəraitinin əlverişsiz olması səbəb olub. Sürücülərin sözlərinə əsasən, duman o qədər güclü olub ki, ətrafda heç nə görmək mümkün olmayıb. Ona görə bəzi sürücülərin əyləci qəfil basması, sonda qəzanı qaçılmaz edib.

Baş vermiş hadisə səbəbindən yol hərəkətinə uzun müddət məhdudiyyət qoyulub.


Paderborn, Almaniya


Analoji hal iki il öncə ABŞ-da da qeydə alınıb. Bu qəza maşın sayına görə dünyada ən ağır zəncirvari yol qəzası olub.

ABŞ-ın Massaçusets ştatının Vuster şəhəri yaxınlığında 70-dən çox avtomobilin bir-birinə girməsi nəticəsində dəhşətli zəncirvari yol qəzası baş verib.

Hadisənin ağır olmasına baxmayaraq, xoşbəxtlikdən heç kim dünyasını dəyişməyib, amma 35 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Ştat polisinin verdiyi məlumata görə, qəzaya uğrayan avtomobillərin 65-i minik, 4-ü isə yük maşını olub. Polis, qəzaya səbəb kimi, yolların buz bağlamasını göstərib. Qəza ilə bağlı 450 metr məsafədən ibarət yol bərbad vəziyyətə düşüb və şossedə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.


Massaçusets, ABŞ



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR