Qubada gənc həmkəndlisini bıcaqladı

Qubada gənc həmkəndlisini bıcaqladı
17:16 1 Yanvar 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubanın Rustov kəndində bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, 2 həmkəndli arasında yaranan şəxsi münaqişə zəminində baş verən mübahisə birini xəstəxanalıq edib, birinin yolunu isə polis şöbəsindən salıb. Quba Polis Şöbəsinin (PŞ) müstəntiqi Sərxan Ramazanovun verdiyi məlumata görə, 26 yaşlı kənd sakini Mikayıl Musayev həmkəndlisi 21 yaşlı Kamran Baxışov tərəfindən bıcaq xəsarəti alıb. Bud nahiyəsindən xəsarət alan Mikayil Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb.

Bıçaqlanan şəxsin qardaşı Pərviz Musayev hadisəni törədən Kamran Baxışova layiqli cəza verilməsini tələb edir.

Quba PŞ-də faktla bağlı araşdırmalar başlanılıb.


Pərviz Musayev - Bıcaqlanan şəxsin qardaşı


Quba Rayon Mərkəzi Xəstəxanası


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR