Şou əhlindən bürc əhlinə Yeni il arzuları (FOTO)

Şou əhlindən bürc əhlinə Yeni il arzuları (FOTO)
18:31 1 Yanvar 2016
76 Şou
Ölkə mətbuatı
A- A+

Geridə qoyduğumuz qoyun ili artıq öz yerini meymun ilinə təhvil verib. Artıq hər kəs 2016-ci ilin ona nələr vəd etdiyini axtarıb araşdırıb. Bəs şou aləminin nümayəndələri hansı bürcün nümayəndəsidir və təmsil etdikləri bürcün digər nümayəndələrinə meymun ilində nə arzu edir?

ANS PRESS-in məlumatına görə, qoç bürcünün nümayəndəsi olan gözəl rəqqasə, hind rəqslərinin mahir ifaçısı Göyçək Fatimə qoç bürcünün nümayəndələriinə can sağlığı, bol ruzi-bərəkət arzu edib. Pis gözdən pis nəfsdən uzaq olmağı diləyib.



Buğa bürcünün nümayəndəsi olan aktyor Arif Quliyev “mayın 16-da özümün də xəbərim olmadan dünyaya gəlmişəm”,- deyə zarafat edərək arzularını söyləməyə başladı. Buğalara işlərində uğurlar arzulayaraq , möhkəm can sağlığı dilədi. Hər kəsi dostluqda mökəm olmağa, bir-birlərinə qarşı xoş münasibət bəsləməyə çağırdı.



Əkizlər bücünün nümayəndəsi olan xalq artisti Gülyanaq Məmmədova hər kəsi Yeni il münasibəti ilə təbrik etdi. Ən gözəl arzularını çatdıran xalq artisti,. Bu ilin hər kəsə düşərli olmasını, bol ruzi-bərəkət diləyib.



Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan xərçəng bürcünün nümayəndəsidir. Elza Tanrının “xərçənglərdən” heç bir şey əsirgəmədiyini və onlara gözəl ürək verdiyini, xoş niyyətli insanlar olduqlarını bildirən Elza Seyidcahan bu bürcün nümayəndələrinə möhkəm can sağlığı və qarşılıqlı məhəbbət arzu etdi.



Şir bürcünün nümayəndəsi olan xalq artisti Afaq Bəşirqızı bu bürcün nümayəndələrinə elə şir kimi olmaq, müdrüklik, həyatları boyunca qarşılarına çıxan bütün maneələri mərdliklə dəf etməyi arzu edib. Onlara qalib və məğrur olmaq diləyib.



Qız bürcünün nümayəndəsi olan müğənni Zamiq bu bürcünün nümayəndələrinə gözəllik, can sağlığı, bol ruzi-bərəkət arzu edib.



Tərəzi bürcünün nümayəndəsi olan müğənni Almaz Ələsgərli ilk öncə bürclərə inanmadığını, yalnız Allaha inandığını bildirdi. Lakin bürclərə inan insanlara və tərəzi bürcünün nümayəndələrinə meymun ilində gülər üz, can sağlığı və çoxlu pul arzu etdiyini söylədi.



Oxatan bürcünün nümayəndəsi olan müğənni Elariz Məmmədoğlu oxatanlara nə arzu etdiyini soruşduğumuz zaman ilk öncə zarafatla ”oxatanlar partiyası” yaratmaq arzusunun olduğunu bildirdi. Oxatanların çox həssas və incəsənətə meyilli insanlar oldğunu, hansı sahədə çalışırlarsa, o sahədə uğur əldə etdiklərini söylədi. Əjdaha ili və oxtan bürcü olmasının həyatında qazandığı uğurlara böyük təsir etdiyini bildirən müğənni hər kəsə arzularına çatmağı dilədi.



Əqrəb bürcünün nümayəndəsi olan xalq artisti Mələkxanım Əyyubova əqrəb bürcünün nümayəndləri ilə yanaşı bütün insanlara sağlamlıq arzuladığını bildirdi. Dünyada sülhün əmin-amanlığın bərqərar olunmasını arzu edib. İnsanlara gözəl həyat və yaşayış rifahının yaxşılaşmasını arzu edib.



Oğlaq bürcünün nümayəndəsi olan xalq artisti, “Qızıl Şlyaqer” Faiq Ağayev həm ad gününü, həm də Yeni ili qeyd etdiyini bildirərək oğlaqlara inadkar olmağı, qarşılarına qoyduqları məqsədə doğru iri addımlarla irəliləməyi, güclü, iddialı və etibarlı olmağı arzu edib.



Dolça bürcünün nümayəndəsi olan xalq artisti Mübariz Tağıyev Dolça bürcündən olan sənət yoldaşlarına uğurlar arzu edib. Onlara yeni - yeni yaradıcılıq, sənət uğurları diləyib. Bütün insanlara xoş günlər, bu ilin hər kəs üçün önəmli və düşərli olmasını arzu edib.



Balıqlar bürcünün nümayəndəsi olan müğənni Lalə Məmmədova bildirdi: ”Balıqlar bürcü çox həssas bürcdür. Arzum budur ki, 2016-cı ildə balıq bürcünü heç kim incitməsin və qəlblərinə toxunmasın. Öz bürcümdə daxil olmaqla bütün bürc sahiblərinə xoşbəxtlik arzu edirəm”.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR