Mingəçevir gəncləri 2015-ci ili uğurla başa vurublar

Mingəçevir gəncləri 2015-ci ili uğurla başa vurublar
18:48 1 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 1 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Mingəçevir şəhər gənclərinin bayram şənliyi keçirilib.
Şəhər icra hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənc nəslin fiziki və mənəvi inkişafına göstərilən dövlət qayğısından danışılıb.
Bayram münasibətilə gəncləri təbrik edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2015-ci ilin xalqımızın həyatında yadda qalan hadisələrlə zəngin olduğunu bildirib. Diqqətə çatdırıb ki, birinci Avropa Oyunları çərçivəsində avarçəkmə yarışlarının Mingəçevirdə keçirilməsi energetiklər şəhərinin sakinləri tərəfindən sevinclə qarşılanıb. Bu möhtəşəm idman tədbirinə yüzlərlə mingəçevirli könüllü gənc öz töhfəsini verib. Şəhər rəhbəri gənclərin elm, yaradıcılıq sahələrində, ictimai, mədəni həyatda, quruculuq işlərində fəal olduqlarını vurğulayıb.
Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli məlumat verib ki, il ərzində gənclər sahəsi üzrə keçirilən 30-dan çox tədbirdə 4 minə yaxın gənc iştirak edib. Mingəçevirli idmançılar beynəlxalq yarışlarda və ölkə çempionatlarında 52 medal qazanıblar. Eyni zamanda, il ərzində Mingəçevir şəhərindəki Gənclər Evində mühüm əhəmiyyət kəsb edən 52 layihə icra olunub. Bayram şənliyini Yeni ilin rəmzi olan Şaxta baba və Qar qızın təbrikləri, şən və lirik mahnılar, müxtəlif səhnəciklər, intellektual bilik yarışları və rəqs nömrələri daha da yaddaqalan edib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevir_gencleri_2015_ci_ili_ugurla_basa_vurublar-915823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR