"Samba Gold"-un sahibi müəyyənləşib

"Samba Gold"-un sahibi müəyyənləşib
19:27 1 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Neymar ardıcıl 2-ci dəfə "Samba Gold" mükafatına sahib çıxıb. Bu mükafat 2008-ci ildən Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya təqdim olunur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 100 mindən çox internet istifadəçisinin qatıldığı səsvermə nəticəsində Neymar təxminən 38% səs toplayaraq "Bavariya"nın yarımmüdafiəçisi Duqlas Koştanı və "İnter"in üzvü Felipe Melonu geridə qoyub. İlk onluqda Felipe Koutinyo (Liverpul), Vilyan (Çelsi), Qabriel Paulista (Arsenal), Miranda (İnter), Halk (Zenit), Tiyaqo Silva (PSG) və Aleks Teyşeyranın (Şaxtyor) adı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR