Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azərbaycan” jurnalının yeni nömrəsi işıq üzü görüb

Date: 1 January 2016 19:48


Bakı, 1 yanvar, AZƏRTAC 
Azərbaycan Yazıçılar Birliyinin aylıq-bədii orqanı olan “Azərbaycan” jurnalının 12-ci nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyinə həsr edilib.
Jurnalın ilk səhifəsində AMEA-ın müxbir üzvü, əməkdar elm xadimi, deputat Nizami Cəfərovun “Yusif… və Yusifoğlu” adlı elmi məqaləsi, əməkdar jurnalist, yazıçı-publisist, deputat Elmira Axundovanın “Nostalji” sərlövhəli xatirə yazısı əksini tapıb.
Yazıçı-dramaturq Əli Əmirlinin “Ölümə qənşər” adlı yazısı, gənc yazar Pərvin Nurullayevanın “Yusif Səmədoğlu-ölümdən sonrakı həyat” sərlövhəli araşdırma məqaləsi də jurnalda yer alıb.
Jurnalın “Poeziya” bölməsində Əlizadə Nuri, Narıngül, gənc şairlər İltimas Səmimi, Şəhanə Müşfiq və başqalarının şeirləri verilib.
“Nəsr” bölməsində tanınmış yazıçı Vaqif Nəsibin “Sənsizlik, mənsizlik, onsuzluq” romanından bir parça, Qorxmaz Şıxalıoğlunun “Qış”, gənc yazıçı Rəşad Mahmudoğlunun “Qismətdən məhəbbətə” hekayələri və digər yazılar yer alıb.
Jurnalın redaktoru əməkdar incəsənət xadimi İntiqam Qasımzadədir.

Tags:  Azərbaycan jurnalının yeni nömrəsi işıq üzü görüb


RƏYLƏR


Top news