Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Rusiyada 3 uşaq atası olan azərbaycanlı azadlıqdan məhrum edilib

​Rusiyada 3 uşaq atası olan azərbaycanlı azadlıqdan məhrum edilib

Dilqəm Əsgərovun atası vəfat etdi (23 Mart 2017 21:52)
Dilqəm Əsgərovun atası vəfat etdi (23 Mart 2017 18:49)
Rəfsəncaninin qızı azadlıqdan məhrum edildi (18 Mart 2017 17:52)

Tarix: 1 Yanvar 2016 19:57

Bakı. 1 yanvar. REPORT.AZ/ Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerli sakinə qarşı cinsi xarakterli hərəkətlər etməkdə müqəssir bilinən Azərbaycan vətəndaşı Füzuli Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" "Tobolsk-İnform"a istinadən xəbər verir ki, hadisə 2015-ci ilin 23 avqust tarixində baş verib.
O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Şəhərin prokuror köməkçisi İlsiya Şonoxovanın sözlərinə görə, üç uşaq atası olan Füzuli Əliyev etdiyi cinayəti boynuna alıb və məhkəmə prosesinin xüsusi qaydada aparılmasını xahiş edib.
Miqrant məhkəmə zalında həbs olunub.

Teqlər:  Rusiyada uşaq atası olan azərbaycanlı azadlıqdan məhrum edilib



RƏYLƏR


Top xəbərlər