Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Samirə Mustafayeva biznes ledi olacaq

Samirə Mustafayeva biznes ledi olacaq

Date: 1 January 2016 20:05

ATV kanalının "Son Xəbər" verilişinin aparıcısı Samirə Mustafayeva özünün butikini açacaq.

Milli.Az bildirir ki, bu barədə o, publika.az-a açıqlamasında deyib: "Gələcəkdə öz butikimi açmaq üzərində düşünürəm. Modelyer deyiləm, lakin rənglərin harmoniyasını yaxşı bilirəm. Ümumiyyətlə, standart görünməyi qətiyyən xoşalmadığım üçün müxtəlif üslubları bir-biri ilə qarışdırmağı sevirəm".
 
Teleaparıcının gələcəyə yönəlik planları bununla da məhdudlaşmır. O, həyat tərzini də dəyişmək niyyətindədir. Belə ki, sağlamlığını qorumaq, eyni zamanda, heyvanların öldürülməsinə etiraz əlaməti olaraq, heyvan ətindən hazırlanan yeməklərdən və heyvan dərisindən tikilən geyimlərdən imtina etməyi planlaşdırıb. Vegetarian olmasına balıq ətinə olan sevgisi mane olsa da, xəzdən imtina etməsi üçün heç bir maneə yoxdur: "Bir xəzə verdiyim pula bir neçə geyim ala bilərəm. Bu səbəbdən xəzlərə pul xərcləməyin tərəfdarı deyiləm. Dəbi dəlicəsinə sevirəm, amma dünyanın ən bahalı və nüfuzlu moda evlərindən daha çox, Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrin gənc və istedadlı dizaynerlərindən geyinməyə üstünlük verirəm. Çünki onların məhsulları kütləvi deyil. Kolleksiyalarında bir geyimdən maksimum 3 ədəd ola bilər. Bu baxımdan gənc dizaynerlərin az sayda buraxılan məhsullarını əldə edib daha dəbli və zövqlü görünməyə çalışıram".

Milli.Az


Tags:  Samirə Mustafayeva biznes ledi olacaq


RƏYLƏR


Top news