Messiyə inanılmaz təklif

Messiyə inanılmaz təklif
20:12 1 Yanvar 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Siti" klubu Leonel Messini heyətinə qatmağa israrlıdır.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, ingilislər argentinalı ulduz üçün "Barselona"ya yeni təklif göndərib.

İsapiya mətbuatının iddiasına görə, "Mançester Siti" bu transfer üçün 120 milyon funt-sterlinq (277 milyon 596 min manat) ödəməyə hazırdı. Messi bu təklifi qəbul etsə, həftədə 800 min funt-sterlinq (1 milyon 850 min 640 manat) qazanacaq. 

İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən "Barselona" - "Betis" matçı Leonel Messinin Kataloniya klubunda 500-cü matçı olub. Bu görüşdə fərqlənən Messi həmçinin klub adına yeni rekorda imza atıb. Luis Enrikenin yetirmələri bir il ərzində ən çox qol vuran komanda ünvanına sahib çıxıb. Messinin komandası 2015-ci ilin ötən gününə qədər rəqib qapılarından 179 qol keçirib.Buna qədər isə rekord 178 qolla Madrid "Real"ına məxsus idi. Bu qolların 76 faizini Messi, Suares və Neymar vurub. Messi 48, Suares, 47, Neymar isə 41 dəfə fərqlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR