Ötən ilin akkordları

Ötən ilin akkordları
20:22 1 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

Yeni ildə arxaya boylanıb, olub-keçənlərə nəzər salmaq, ən yaxın keçmisin yaddaqalan səhifələrini varaqlamaq niyyətindəyik. Çünki 2015-ci il də xeyli maraqlı hadisələrlə, ugurlarla yaddaqalan olub. Beləliklə, ötən ildə “Qəbələ” İdman Klubu (İK) üçün əlamətdar olan hadisələri sizlərə təqdim edirik.

Yeni ildə yeni baş məşqçi

“Qəbələ” 2015-ci ilə yeni baş məşqçi ilə start verdi. Ukraynalı mütəxəssis Roman Qriqorçuk ictimaiyyətə 2014-cü il dekabrın 21-də təqdim edilsə də, işə rəsmən 15 gündən sonra – 2015-ci il yanvarın 6-da başladı. Köhnə heyətdən yalnız azərbaycanlı Sənan Qurbanovu (2012-ci ildən “Qəbələ”də çalışır) saxlayan Qriqorçuk həmyerliləri Mixaylo Savka, Stepan Matveyev, Andrey Qluşenko (qapıçılar üzrə) və Anatoli Korotiyanı (məşqçi-analitik) özünə köməkçi götürdü. Məşqçilər korpusunun işi “Qəbələ” rəhbərliyini qane etdiyindən, bu il dekabrın 20-də Roman Qriqorçukla 2015/16 mövsümünün sonuna qədər olan müqavilənin müddəti daha bir illiyinə artırılıb. Razılaşmaya əsasən, ukraynalı çalışdırıcı 2017-ci ilin iyununadək komandamızın baş məşqçisi olacaq.

Premyer Liqada 2-ci bürünc

Futbol üzrə Azərbaycan çempionatının 2014/15 mövsümünü “Qəbələ” yenə bürünc medalla başa vurub. Əgər 2014-cü ildə bunu rusiyalı baş məşqçi Yuri Syominin rəhbərliyi altında reallaşdırmışdıqsa, ikinci dəfə uğurun memarı ukraynalı Roman Qriqorçuk olub. Məhz Qriqorçukun taktikası “Qəbələ”yə tarixinin, eyni zamanda mövsümün ən uzun qələbə seriyasını (ardıcıl 8 zəfər) gətirib. Nəticədə son turlarda yenə “Neftçi”ni 3-cü yerdən sıxışdıran “qırmızı-qaralar” bürünc medal qazanmaqla, avrokuboklarda iştirak hüququna yiyələniblər.

10 illik yubiley

Avroliqanın qrup mərhələsinə vəsiqənin qazanılmasından 4 gün sonra, yəni sentyabrın 1-də “Qəbələ” İdman Klubunun 10 yaşı tamam olub. Düz 10 il öncə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. Çünki 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib. İndiki “Qəbələ” 2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçərək, Azərbaycan çempionatının I dəstəsində debüt edib. 2006-cı ilin əvvəlində klubun adı dəyişdirilərək “Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnib və yayda Qəbələyə köçüb. 2007- ci il avqustun 31-də “Gilan” PFK adını "Qəbələ” PFK-ya dəyişdirib. 2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur.

Avropa Liqasında gerçəkləşən xəyallar

Tarixində ikinci dəfə Avroliqada mübarizə aparan “Qəbələ” sensasion nəticələrə imza atdı. Komandamız I təsnifat mərhələsindən pley-offa qədər bütün rəqiblərini (Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki”, Kiprin “Apollon”, Yunanıstanın
“Panatinaikos”) yarışdan kənarlaşdıraraq, ilk dəfə qrup mərhələsinə vəsiqə qazandı. Burada Avropanın adlı-sanlı klubları ilə qarşılaşan “Qəbələ” “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) görüşlərdə 2 xal topladı. Klubumuzun təsnifat və qrup mərhələsində ölkəmizdə qazandırdığı xallar Azərbaycanın UEFA reytinqində bir neçə pillə
irəliləməsinə səbəb oldu.

Yeni sponsorlar

Azərbaycan çempionatında və avrokuboklarda uğurlu nəticələr hesabına brendə çevrilən “Qəbələ”yə sponsorların da marağı artıb. Tarixin yaddaşına köçməkdə olan 2015-ci ildə klubumuz 2 yeni sponsorla anlaşıb. “Qafqaz” Otellər Qrupu ilə bağlanan müqaviləyə görə, futbol komandalarımız 2015/16 mövsümünün sonunadək üzərində “Qafqaz Hotels and Resorts” yazılmış formalar geyinəcəklər. Türkiyənin məşhur “Sarar” şirkəti isə “Qəbələ” İK-nın geyim sponsoruna çevrilib. Türklər 2 il – 2015/16 və 2016/17 mövsümlərində daxili və xarici yarışlarda komandalarımızı geyim dəstləri ilə təmin etməyi üzərlərinə götürüblər.

Rafael Ağayevin 12-ci çempionluğu

Türkiyənin İstanbul şəhərində keçirilən karate üzrə 50-ci Avropa çempionatında “Qəbələ”nin 2 üzvü qızıl medal qazanıb. Söhbət Rafael Ağayev (75 kq) və Niyazi Əliyevdən (67 kq) gedir. Bütün rəqiblərinə qalib gələn karate dünyasının əfsanəsi Rafael 12-ci, Niyazi isə 2-ci dəfə Avropa çempionu tituluna yiyələnib. Ümumilikdə, çempionatda Azərbaycan idmançılarının qazandığı 3 medalın 2-si “Qəbələ” klubunun payına düşüb.

Avropa Oyunlarında "Qəbələ" imzası"

“Qəbələ” idmançıları Azərbaycan idman tarixinin ən mötəbər yarışı sayılan I Avropa Oyunlarına özünəməxsus töhfələrini veriblər. İyunun 12-dən 28-dək davam edən bu tarixi idman hadisəsində “Qəbələ”nin 17 üzvü (5 atıcı, 5 samboçu, 3 cüdoçu, 2 karateçi, 1 taekvondoçu və 1 boksçu) Azərbaycan yığmasının heyətində mübarizəyə qoşulub. Yekunda təmsilçilərimizdən 5-i I Avropa Oyunlarının mükafatçıları sırasında yer alıblar. Karateçi Rafael Ağayev və boksçu Lorenzo Sotomayor qızıl, samboçular Amil Qasımovla Vasif Səfərbəyov gümüş, daha bir karateçimiz Niyazi Əliyev isə bürünc medal qazanıb.

Avropa kubokunda rekord

“Qəbələ” idmançıları daha bir mötəbər turnirdə Azərbaycan yığmasının tarixi nailiyyət qazanmasında həlledici rol oynayıblar. İtaliyanın Linyano şəhərində gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda təmsilçilərimiz özlərini ən yaxşı tərəfdən göstəriblər. Yarışda “Qəbələ”nin hər 3 cüdoçusu fəxri kürsüyə yüksəlib. Cəlil Şükürov (100 kq) və Rüfət İsmayılov (81 kq) qızıl, Rüfət Tağızadə (60 kq) isə bürünc medal qazanaraq, klubumuzun bu miqyaslı yarışlarda ən yüksək nailiyyətini gerçəkləşdirib. Yekunda 5 qızıl, 1 gümüş, 3 bürünc medala sahib çıxan Azərbaycan millisi komanda hesabında Avropanın ən yaxşısı olub.

Qəbələdə atıcılığın çiçəklənmə dövrü

Qəbələ Stend və Ox Atıcılığı Kompleksi 2015-ci ildə 2 nüfuzlu yarışa ev sahibliyi etdi. Öncə mayda “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən II Beynəlxalq Qran-Pri turniri keçirildi. 17 ölkədən 150-dək idmançının qatıldığı yarışda “Qəbələ”nin və Azərbaycan milli komandasının 5 təmsilçisi fəxri kürsüyə yüksəldi. Rəna Ələsgərova, Əlimirzə Quliyev, Niyaz Ağazadə qızıl, Nurlanə Cəfərova və Əli Mustafayev isə bürünc medala yiyələnib. 8-16 avqust aralığında Qəbələdə daha bir məsul turnir - olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi baş tutub. Rayonumuza 100-ə yaxın ölkədən 2 minədək idmançı və nümayəndə təşrif buyurub. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvimində dünya və Avropa çempionatından sonra ən nüfuzlu yarış sayılan Dünya Kubokunun final mərhələsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 17 növdə 34 lisenziyanın sahibi müəyyənləşib.

“Ayrılıq, ayrılıq, aman ayrılıq...”

2015-ci ilin ən böyük ayrılığı isə dekabrın 5-də baş verib. “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brardın “qırmızı qaralar”dan ayrılmasını nəzərdə tuturuq. Təcrübəli funksioner 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın “Noqoya Qrampus” klubunda idman direktoru kimi fəaliyyətini davam etdirmək istədiyindən, onunla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Brard 2013-cü ilin aprelindən “Qəbələ” Futbol Akademiyasına rəhbərlik edirdi.

Akademiyanın hegemonluğu

İldən-ilə nəticələri yaxşılaşan “Qəbələ” Futbol Akademiyası 2015-ci ildə oxşar təsisatlar arasında hegemonluğunu davam etdirib. Azərbaycan çempionatları və kubok yarışlarına qatılan akademiyanın 9 komandasından 7-si mükafatçılar sırasına düşüb. U-17, U-10 qızıl, U-12, U-14, U-15, U-16 gümüş, U-19 isə bürünc medala layiq görülüb. Bundan başqa, U-17 və U-14 çempionatla paralel keçirilən kubok yarışında hamıdan güclü olub. Mükafatların sayına görə , “Qəbələ” Futbol Akademiyası özünəməxsus rekordunu təkrarlayıb: 4 qızıl, 4 gümüş, 1 bürünc.

Xatırladaq ki, akademiyamız 2012/2013 mövsümünü 5 qızıl və 1 bürünc, 2013/2014 mövsümünü isə 3 qızıl, 3 gümüş və 1 bürünclə başa vurmuşdu. 2015-ci ildə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə “Qəbələ” ən yaxın izləyicisi “Neftçi”ni nəzərəçarpacaq dərəcədə qabaqladı (2 qızıl, 2 gümüş və 3 bürünc).

"Qəbələ İK" qəzeti

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Əfqanıstanda taliblərin hərbi bazaya hücumu zamanı azı 170 nəfər həlak olub

24 Aprel 2017 07:52

Rusiyada zəlzələ oldu

24 Aprel 2017 07:38

Əkiz uşaqlara hamilə olan məşhur müğənni qısa ətəkdə - FOTO

24 Aprel 2017 07:37

Qrizmann Benzemadan geri qalır

24 Aprel 2017 07:32

Bu qız indi çox məşhurdur - tanıdınızmı? - FOTO

24 Aprel 2017 07:22

ABŞ-da 35 yaşlı erməni övladını oğurlamaqda şübhəli bilinərək həbs edildi

24 Aprel 2017 07:18

"Bu məğlubiyyəti qəbul etmək çox çətindir"

24 Aprel 2017 07:17

Bu dəfə də cəsarətli oldu - FOTO

24 Aprel 2017 07:12

"Təəssüf ki, "Bavariya" üzərində qələbədən sonra bəzi suallar ortaya çıxdı"

24 Aprel 2017 07:05

Populyar aktrisanın yeni FOTOları

24 Aprel 2017 06:32

Evlilik ildönümünüzdə bunları edin

24 Aprel 2017 06:31

Premyer Liqasının ən yaxşı oyunçusu bəlli oldu

24 Aprel 2017 06:23

Bakıda yaşayış binasında yanğın: 40 nəfər təxliyə edildi

24 Aprel 2017 06:14

Mahmud Abbas Moskvaya səfər edəcək

24 Aprel 2017 05:49

Laisin məlahəti - FOTO

24 Aprel 2017 05:32

Poroşenko və Tillerson telefonla danışdı

24 Aprel 2017 05:28

Taksi sürücüsü döyüldü

24 Aprel 2017 05:18

49 yaşlı kişi eyvandan yıxılaraq öldü

24 Aprel 2017 04:39

Yaşayış evində yanğın: 5 nəfər öldü

24 Aprel 2017 04:33

Göz rənglərinə görə insan tipləri

24 Aprel 2017 03:56

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 03:38

Vittoriya kamera qarşısında - FOTO

24 Aprel 2017 03:32

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

24 Aprel 2017 02:54

Messi 500-ə çatdı

24 Aprel 2017 02:43

Dovşan ətini yemək olarmı?

24 Aprel 2017 02:38

Rianna yeni reklamda - FOTO

24 Aprel 2017 02:32

Nyu-Yorkda yaşayış binasında yanğın: 5 ölü

24 Aprel 2017 02:24

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49