Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ronaldo: "Krallar kimi yaşamaq istəyirəm"

Ronaldo: "Krallar kimi yaşamaq istəyirəm"

Ronaldo “İlin ən yaxşı futbolçusu” seçildi - Portuqaliyada (21 Mart 2017 09:43)
"Ailəmlə birlikdə Bakıda yaşamaq istəyirəm" - Rafet El Roman (18 Fevral 2017 19:12)
Məşhur türk müğənni: "Ailəmlə birlikdə Bakıda yaşamaq istəyirəm" (18 Fevral 2017 19:05)

Tarix: 1 Yanvar 2016 21:09

 

“Real”ın hücumçusu Kriştiano Ronaldo ünvanına yönələn tənqidlərə cavab verib.

 

Qol.Az xəbərinə görə, İspaniyanın “Mundo Deportivo” qəzetinə müsahibəsində o bildirib:

 

“İnsan onun barəsində başqalarının nə düşünməsi ilə yaşamamalıdır. Elə adamlar var, mənə nifrət edir, fikirləşir ki, yəkəxanayam. Bu, mənim uğurumun bir hissədir. Mənim vicdanım təmizdir, rahat yatıram”.

 

Ronaldo bildirib ki, ata olandan sonra onun dünyaya baxışı çox dəyişib: “İnsanlara kömək edəndə özümü yaxşı hiss edirəm. Təzyiqlərə tab gətirə bilərəm. Çünki çətin həyatım olub. Mən bu səviyyəyə ailəmdən kənarda, əzab-əziyyətlə keçirdiyim günlərin hesabına gəlmişəm.  11 yaşımda paltarımı özüm yuyur, özüm ütüləyirdim”.

 

Ronaldo daha sonra deyib: “Futbolçu karyeramı başa vurduqdan sonra krallar kimi yaşamaq, həyatdan istədiyim həzzi almaq istəyirəm”.


Teqlər:  Ronaldo Krallar yaşamaq istəyirəm



RƏYLƏR


Top xəbərlər