2016-cı ilin proqnozları

2016-cı ilin proqnozları
21:37 1 Yanvar 2016
195 Maraqlı
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın nüfuzlu "Financial Times" nəşri 2016-cı ilin ən aktual iqtisadi və siyasi hadisələrinin inkişafına dair proqnozlarını oxucuları ilə bölüşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, nəşrin siyasi müşahidəçisi Rula Xalef Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalacağını düşünür.

Lakin onun fikrincə, ərəb respublikasının indiki başçısının səlahiyyətləri nominal xarakter daşıyacaq. Rula Xalef hesab edir ki, Moskva və Vaşinqton tərəfindən uyğunlaşdırılan həll proses asan keçməyəcək. Ekspertin fikrincə, Bəşər Əsəd hakimiyyətdə qalmaq üçün sona qədər vuruşacaq.
 
Amma nəşrin Almaniyanın kansleri Angela Merkellə proqnozu heç də nikbin deyil. "Financial Times"in xarici siyasət şərhçisi Qideon Rəhmanın sözlərinə görə, Yaxın Şərqdən olan bir milyona yaxın qaçqın Almaniyada mürəkkəb siyasi vəziyyət yaradıb.
 
"Merkelin Xristian-Demokratik İttifaqı (XDS) üzrə müttəfiqləri partiyanın konfransında onun çıxışını  gurultulu alqışlarlarla qarşıladılar. Ancaq həmkarların dəstəyi hakimiyyətin saxlanılması üçün kifayət etməyəcək. Merkel qaçqın axınını azaldacağı barədə söz versə də, çətin ki, o, vədini yerinə yetirməyə müvəffəq olsun", - Rəhman güman edir.
 
Qəzetin redaktoru Eda Kruks qeyd edir ki, sanksiyalardan azad edilən İranın nefti bazara çıxa bilər. Onun fikrincə, dünyanın karbohidrogen istehsalçıları maliyyə bazarındakı qeyri-sabit vəziyyətdən əziyyət çəkməyə davam edəcəklər. Eda Kruks bildirir ki, enerji şirkətləri layihələri ləğv etməli olacaq və bu bazara hökmən təsir göstərəcək.
 
"Əgər dünya iqtisadiyyatının artım tempi aşağı düşməsə neftin qiyməti daha münasib səviyyəyə - 50 dollara qayıda bilər", - o, deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR