Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ 40 illik qadağadan sonra...

ABŞ 40 illik qadağadan sonra...

Date: 1 January 2016 22:57

Bu gün Birləşmiş Ştatlar 40 illik embarqodan sonra ilk neft partiyasını ixraca göndərib.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, tanker Amerikanın "ConocoPhillips" şirkətinə məxsusdur və Texasdan İtaliyaya istiqamət alıb.
"Qara qızıl"ın alıcısı dünyanın böyük neft treyderi olan "Vitol" İsveçrə-Niderland şirkətidir.
Agentliyin məlumatına görə, ABŞ yaxın günlərdə "Vitol" şirkətinə daha bir neft partiyası göndərəcək. Beləliklə, yanvarın ilk həftəsində Texasın cənub hissəsindən 600 min barelə yaxın neft yola salına bilər.
Amerika neftinin ixracına 1975-ci ildə qadağa qoyulub və bu, 40 il davam edib. Ötən ilin sonunda qadağa aradan qaldırılıb.

Milli.Az


Tags:  ABŞ 40 illik qadağadan sonra


RƏYLƏR


Top news