Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsini ölkəsinin milli təhlükəsizliyinə təhdid olaraq, dəyərləndirən strateji sənədi imzalayıb.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, sənəddə Rusiyanın müstəqil daxili və xarici siyasətinə ABŞ və müttəfiqlərinin təhlükə yaratdığı deyilir.
2014-cü ildə Ukraynada başlayan böhran Rusiya ilə Qərbin münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olmuşdu.
Həmin il Putinin məsləhətçisi Mixail Popov son illərdə NATO-nun genişlənməsini və Rusiya sərhədlərinə yaxınlaşmasını ölkənin təhlükəsizliyinə təhdid olaraq dəyərləndirmişdi.
Milli.Az