Yeni il yeniliklərlə gəldi - mütləq izləyin! - VİDEO

Yeni il yeniliklərlə gəldi - mütləq izləyin! - VİDEO
23:47 1 Yanvar 2016
191 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin başlaması ilə bir sıra qanunlara dəyişikliklər də qüvvəyə mindi. Yarım milyon işçinin maaşı artdı, spirtli içkilərin nağd pulla alışı qadağan olundu, siqaret satışında qaydalar yeniləndi. İdman-mərc oyunlarında qalib olanlar isə bu gündən vergi ödəyəcəklər.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, 2016-cı ilin başlaması ilə qanunlardakı bir sıra dəyişikliklər qüvvəyə mindi. Əsas dəyişikliklər vergilər məcəlləsinə edilib. Bu gündən fiziki şəxslərin gəlir vergisi yeni qaydalarla hesablanacaq. Aylıq maaşı 2500 manatadək olan şəxslərin gəlirinin 136 manatlıq hissəsi vergidən azad olundu. Bu isə o deməkdir ki, maaşı 2500 manatadək olanların maaşında 19 manatlıq artım müşahidə olunacaq...

Aksiz markalı məhsullardan sayılan spirtli içkilərin nağd olaraq satışına qoyulan qadağa da bu gündən qüvvədədir. Spirtli içkilərin satışı yalnız kartla həyata keçirilməli olduğundan mağazalardan bütün spirtli içkilər toplanıb. Bundan başqa spirtli içkiləri satan şəxslər lisenziya almalı, bundan əlavə həmin məhsulların əldə olunmasını da kartla həyata keçirməlidirlər

Bundan əlavə siqaretin də satışı üçün xüsusi lisenziya tələb olunacaq və siqaret satmaq istəyənlər bu məhsulu ancaq kartla əldə edə biləcəklər. Ancaq siqaretin vətəndaşlara pərakəndə satışı nağd yolla həyata keçiriləcək... Spirtli içki və siqareti qaydalara uyğun olaraq satmayanlar isə az miqdarda törədildikdə 100 manat cərimə, xeyli miqdarda törədildikdə 1000 manatdan 2000 manatadək cərimə, bir ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə, külli miqdarda törədildikdə isə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Yanvarın 1-dən mədən sənayəsi sahəsində də vergilər artırılıb. Qeyri-filiz faydalı qazıntıları üçün vergilər 2 dəfə artırılıb. Qiymətli və yarımqiymətli bəzək daşları üçün mədən vergisi 4 manatdan 6 manata qaldırılıb..Duz üçün mədən vergisi 4 manatdan 6 manata, yodlu-bromlu sular üçün 2 qəpikdən 4 qəpiyə, mineral sular üçün isə 6 manatdan 10 manata qaldırılıb.

Bu ildən vergi tətbiqinə başlanan sahələrdən biri də idman-mərc oyunlarıdır. Artıq bu oyunlarda əldə olunan uduşlardan vətəndaşlar 10 faiz həcmində vergi ödəyəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR