Tanınmış azərbaycanlı futbolçu: "Evlənmək istəyirəm"

Tanınmış azərbaycanlı futbolçu: "Evlənmək istəyirəm"
01:56 2 Yanvar 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

“2015 mənim üçün uğurlu il oldu. Qazandığım medalların sırasına daha birini bu il əlavə etdim".

ANS PRESS-in məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Abışov bildirib.

Abışov başa çatan ili belə dəyərləndirib: “Qəbələ”nin ötən mövsüm mükafatçılardan biri olacağı çoxları üçün gözlənilməz olsa da, bunu bacardıq. Komandamız tarixində ilk dəfə avroliqanın qrupunda çıxış etsə də, təəssüf ki, mən həmin oyunlarda meydançaya çıxa bilmədim. Hər zaman iddialı klublarda çıxış etmək istəmişəm və “Qəbələ” bunlar sırasındadı".


Ruslan Abışov

Ruslan 2016-cı illə bağlı arzularını da dilə gətirib: "2016-cı ildə qovuşmaq istədiyim arzular çoxdu. “Qəbələ”ylə çempion titulunu, kuboku qazanmaq istəyirəm. Gerçəkləşdirmək çətin olsa da, buna inanıram. İnanıram ki, 2016-cı il hamımız üçün daha uğurlu olacaq. Şəxsi planda əsas istəyim ailə həyatı qurmaqdı. Mənin üçün ən yaxşı istirahət evdə, ailəmin yanında olmaqdı”.

Qeyd edək ki, keçən ilin son günlərində “Qəbələ”nin futbolçusu nişanlanıb. Abışovun qohumu Nərgiz Abdullayeva ilə nişanı Şəmkirdə baş tutub və məclisdə cütlüyün ailə üzvləri iştirak ediblər.

.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=365584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR