Paytaxtda qar problemi (VİDEO)

Paytaxtda qar problemi (VİDEO)
02:41 2 Yanvar 2016
112 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yağan qar isə hələlik paytaxtda ciddi fəsadlar törətməyib.

ANS TV-nin məlumatına görə, ötən gün səhər saatlarındandan başlayaraq paytaxt ərazisinə qar yağıb. Qarın yollarda problemə səbəb olmaması üçün müvafiq qurumlar iş başındadır. Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə məxsus qar təmizləyən maşınlar hazır vəziyyətə gətirilib.

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus qar təmizləyən maşınların heyətindən aldığımız məlumata görə, artıq dairəvi yolda qarı təmizləyiblər və yolu açıblar.

Hazırda isə qar olan başqa yollarda da yolu təmizləyəcəklərini bildirdilər. Səhər yollarda qar çox olsa da, amma artıq əriməyə başlamışdı.

Paytaxtın bir neçə yerində yollarda heç bir problemin olmadığını gördük. Həmçinin metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında səhər saatlarında qar olsa da, amma artıq pilləkənlər təmizlənmişdi. Amma deyəsən paytaxt sakinləri qarın yağmasından məmnun görünürdülər.

Avtobus sürücüləri isə yollarda heç bir problemlə qarşılaşmadıqlarını bildirdilər.

Hidrometreoloji Proqnozlar Bürosundan verilən məlumata görə, yanvar ayının 3-nə qədər hava yağıntılı keçəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR