Türkiyə daha iki şəhid verdi

Türkiyə daha iki şəhid verdi
05:46 2 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir vilayətində iki hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə ötən gecə yeni ilin ilk saatlarında PKK terrorçularının insident yaratdığı Sur rayonunda yaşanıb.

Hərbçilər axtarış üçün rayon ərazisindəki şübhəli evlərdən birinə girərkən terrorçuların əvvəlldən hazır qoyduğu əl qumbarası partlayıb. Partlayış nəticəsində 1 polis dünyasını dəyişib, 1 polis və 1 hərbçi isə yaralanaraq xəstəxanaya çatdırılıblar. Yaralı polis xəstəxanada dünyasını dəyişsə də digər həerbçinin müalicəsi davam edir.

Dünən gecə isə Şiırnak vilayətinin Cizre rayonunda xüsusi təyinatlı polis dəstəsi ilə PKK terrorçuları arasında atışma baş vermiş, insident nəticəsində 1 polis dünyasını dəyişmişdi.

Separatçı PKK terror təşkilatının siyasi qolu Xalqların Demokeratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş ötən həftə Rusyanın paytaxtı Moskvaya səfərə getmişdi. Bu səfəri şərh edən bəzi politoloqlar, rəsmi Ankara ilə aralarında olan gərginlik səbəbindən Rusiyanın Türkiyədəki PKK terror təşkilatına dəstək verəcəyini iddia etmişdi.

Demirtaşın Rusiya səfərindən sonra Türkiyədəki separatçılar ölkənin müxtəlif şəhərlərində aktiv terror fəaliyyətlərinə başlayıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR