Misirdə eramızdan əvvəl VI əsrə aid on minə yaxın əşya tapılıb

06:38 2 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC 
Yunanların Misirdə yaratdıqları qədim Navkratis şəhərində aparılan arxeoloji qazıntılar zamanı on minə yaxın əşya aşkarlanıb.
AZƏRTAC ibtimes.co.uk saytına istinadla xəbər verir ki, axtarışlar Nil çayının deltasında Britaniya Muzeyinin mütəxəssisləri tərəfindən 2012-ci ildən aparılır. Alimlər tapılan əşyaların həm tarix, həm də elm sahəsində böyük əhəmiyyət kəsb etdiyini söyləyirlər.
Qədim Navkratis zəngin ticarət şəhəri olduğundan burada çoxlu sayda zinət, məişət əşyaları, o cümlədən qab-qacaq və heykəllər tapılıb. Mütəxəssislərin qənaətinə görə, bu əşyaları eramızdan əvvəl VI əsrdə firon Ahmos yunanlara hədiyyə olaraq gətiribmiş.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misirde_eramizdan_evvel_VI_esre_aid_on_mine_yaxin_esya_tapilib-915848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR