Azərbaycanda da poçtalyon peşəsi "arxivə göndərilə" bilər

Azərbaycanda da poçtalyon peşəsi "arxivə göndərilə" bilər
06:53 2 Yanvar 2016
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Qeyri-ənənəvi poçt xidmətləri Azərbaycanda poçt sahəsinin gəlirlərini artırsa da, obyektiv səbəblərdən ənənəvi xidmətlərə tələbatın zəifləməsi poçtalyonların sayına təsir göstərib.

Dövlət Statistika Komitəsinin yeni nəşri olan “Azərbaycan rəqəmlərdə 2015” bülletenindəki statistik məlumatlar göstərir ki, poçt xidmətlərindən əldə olunan gəlir 2014-cü ildə 40,1 milyon manat təşkil edib. Halbuki 2010-cu ildə poçt xidmətlərindən əldə olunan gəlir 21,5 milyon manat olub.

Poçtalyonların sayı 2010-cu ildə 1342, 2014-cü ildə isə 1171 nəfərə düşüb

Poçt sahəsində qeyri-ənənəvi, o cümlədən yeni maliyyə xidmətlərinin genişlənməsi bu sahənin rentabelli fəaliyyətinə təkan verən əsas səbəblərdən biridir. Eyni zamanda 2014-cü ildə poçt şöbələrinin sayı 1 616, kənd yerlərində isə 1 236 vahid təşkil edib. Amma ənənəvi poçt xidmətlərinin geriləməsi, eyni zamanda kağız məktubların e-mail ünvanlardan göndərilən məktublarla əvəzlənməsi kimi səbəblər poçtalyonların sayına da təsirsiz ötüşməyib. Belə ki, poçtalyonların sayı 2010-cu ildə 1342, 2011-ci ildə 1316, 2012-ci ildə 1223, 2013-cü ildə 1230, 2014-cü ildə isə 1171 nəfər təşkil edib. Həmçinin kənd yerlərində bu rəqəm son 5 ildə illər üzrə analoji olaraq, 387, 437, 445, 476 və 413 nəfər təşkil edib. Göndərilən qəzet və jurnalların sayı 2010-cu ildə 5,3 milyon ədəd idisə, 2014-cü ildə 2,7 ədəd olub. Bundan başqa, göndərilən məktubların sayı 2010-cu ildə 7,1 milyon ədəd olduğu halda, 2014-cü ildə 6,1 milyona düşüb. Bağlamalar 2010-cu ildə 162,0 min ədədlə ölçülübsə, 2014-cü ildə 117,1 min ədədə enib.

Qlobal hədəf - milli poçtların inkişafı

Bütün bunlara rəğmən, bu gün dünyada milli poçtların inkişaf etdirilməsi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu gün qlobal poçt dünyası yeni yolların, həll və xidmətlərin axtarışındadır. Ümumiyyətlə, poçt ən qədim tarixə malik bir rabitə, əlaqə, kommunikasiya və ünsiyyət vasitəsidir. Müxtəlif dövlətlər və millətlər arasında poçt əlaqələri min illərdir ki, mövcuddur. Poçt daim inkişaf edir və təkmilləşir. Bu sahədə yeni texnologiyalar tətbiq olunur, qeyri-ənənəvi xidmət növləri yaranır. İnformasiya texnologiyalarının son dövrlər sıçrayışla inkişaf etməsi poçt sahəsinə də kəskin təsir etməkdədir. Əhali arasında elektron ünsiyyət vasitələrinin - internetin, mobil telefonların sayının artması adi məktubların sayının azalmasına səbəb olsa da, poçt yeni yaranmış şəraitə daim adaptasiya olunaraq yeni xidmətlər (logistika, elektron ticarət, bank-maliyyə və s.) təklif etməyə başlayıb. Poçt sahəsi cəmiyyətdə kəskin dəyişən mühitə uyğunlaşaraq öz formasını dəyişir, eyni zamanda aktuallığını saxlamaqdadır. Bu xidmət növü dövlətin, iqtisadiyyatın sosial yönümlü sahələrindən biridir. Məsələn, Universal poçt xidmətlərinin (UPX) göstərilməsi qeyri-rentabellidir, lakin əhaliyə onun göstərilməsi məcburidir.

Poçtalyon peşəsi “arxivləşdirilir”

Buna baxmayaraq, poçtalyon peşəsinə tələbat getdikcə azalır. Yeni texnologiyalar bəzi ixtisasları, eləcə də mütəxəssisləri artıq "arxivə göndərir". Belə ki, analitiklər kompüter texnologiyalarının hazırda qismən əvəzlədiyi bəzi ixtisaslara çox yaxın gələcəkdə ehtiyac qalmayacağını bildirirlər. Təxmini tərtib edilən siyahının ilk yerində poçtalyon peşəsi durur. Hesab olunur ki, məktubların elektron qaydada göndərilməsi ilə kağız sənədlərə, o cümlədən, onları daşıyan və paylayan şəxsə praktiki olaraq tələbat ortadan qalxır. Amma o da qeyd edilir ki, bu peşə sahiblərinə tələbat yalnız bir halda tamamilə yox ola bilər. Bunun üçün bütün pensiyaçılar təqaüdlərini bank kartlarına köçürmələr vasitəsilə almalıdırlar. Düzdür, Azərbaycanda 5 il ərzində poçtalyonların sayının 171 nəfər azalması ciddi görünməyə bilər, amma bu fakt gələcəkdə poçtalyon peşəsinin sıradan çıxmayacağını da istisna etmir.

“Rusiya Poçtu” son 10 ilin ən böyük ixtisarını planlaşdırır

Bu gün poçtalyonlara tələbatın azalmasını formalaşdıran digər amillər də var. Buna səbəb ilk növbədə insanların yeni həyat tərzinə uyğunlaşmasıdır. Məsələn, əvvəllər dünyada və ölkə daxilində baş verən ictimai, siyasi, mədəni hadisələrlə bağlı məlumatlar əsasən qəzet və jurnallardan alınırdı, abunə edilmiş mətbu nəşrlər isə poçtalyon vasitəsilə ünvanına çatdırılırdı. Bu, bayram və digər münasibətlə yazılan təbrik açıqcalarına da aiddir. Eyni zamanda texnologiyaların bütün sahələrə tətbiqi ilə proseslərin avtomatlaşdırılması insan əməyinin minimuma endirilməsinə şərait yaradır. Analoji hal bütün ölkələrdə müşahidə edilir. Məsələn, Rusiyada federal müəssisə son illər ərzində ən böyük personal ixtisarını planlaşdırır: “Rusiya Poçtu” üzrə ştat 10 il ərzində 1/3-ə qədər azalacaq.

ABŞ-da poçt çeşidləyiciləri də keçmişdə qalacaqlar, poçtalyon isə tələb olunmayan peşələr siyahısına düşüb

ABŞ-da isə poçt çeşidləyiciləri də keçmişdə qalacaqlar: 2018-ci ilə bu sahədə 30 faiz və ya 54,5 min insanın ixtisarı gözlənilir. Poçtalyon peşəsi, həmçinin ABŞ-da ən tələb olunmayan peşələr siyahısına düşüb. İnformasiya vasitələrinin gəlişi, o cümlədən internet və mobil rabitələrin hesabına “piyada poçtalyon” işi 26 faiz azalacaq. Eyni zamanda "Washingtonpost"un yazdığına görə, Birləşmiş Ştatlar Poçt Xidməti (USPS) uzun illər ağır maliyyə gərginliyi altında olub.

NALC: “Bu, iş qatilliyidir”

Statisktik rəqəmlər də təsdiq edir ki, ABŞ-da 2009-cu ildən 2014-cü ilə qədər həm şəhər, həm də kəndlərdə məktubdaşıyanların sayı 7 faiz azalıb. Çətin maliyyə səbəbləri üzündən USPS poçt xidmətində şənbə çatdırılmasını aradan qaldırmağın tərəfdarıdır. Məktub Daşıyıcılarının Milli Assosiasiyası (National Association of Letter Carriers - NALC) isə qeyd edir: “Bu, iş qatilliyidir. Şənbə günü çatdırılmasının ləğvi şəhərlərdə və kənd yerlərində 80 min poçt iş yerini aradan qaldıracaq”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Astroloji proqnoz - 29 aprel

29 Aprel 2017 00:08

"Qalatasaray" Brumanı saxlaya bilmir

29 Aprel 2017 00:05

Günün qoroskopu: işlərinizdə uğur vəd edən gündür

29 Aprel 2017 00:05

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı

28 Aprel 2017 23:56

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:52

Mineral suların faydası

28 Aprel 2017 23:47

"Liverpul" futbolçu ilə müqavilə yenilədi

28 Aprel 2017 23:47

Qohumlararası evliliklər gen xəstəliklərinin artmasına səbəb olur

28 Aprel 2017 23:42

Təzyiqi normallaşdırır, saç tökülmənin qarşısını alır...

28 Aprel 2017 23:42

Lö Pen Zidanın cavabını verdi:

28 Aprel 2017 23:40

49 yaşlı kişini ilan vurdu - Şəmkirdə

28 Aprel 2017 23:39

Kişilərin ən çox arzuladığı qadın çimərlikdə - FOTOLAR

28 Aprel 2017 23:38

"Bavariya" futbolçunun müqaviləsini yenilədi

28 Aprel 2017 23:37

Xanımı Sərdardan belə acıq çıxdı - FOTO

28 Aprel 2017 23:37

Baş Konsul Rəşad İsmayılov Batumi Bələdiyyə Məclisinin sədri ilə görüşüb

28 Aprel 2017 23:29

Avstriyada sağçı ekstremizm və rasizm ilə bağlı cinayətlərin sayı artıb

28 Aprel 2017 23:27

Hıçqırığı necə dayandırmaq olar?

28 Aprel 2017 23:27

"Əl-Qaidə" liderlərindən biri öldürüldü

28 Aprel 2017 23:26

Şeydayevin Slovakiya çempionatında ikinci qolu - VİDEO

28 Aprel 2017 23:24

Futbolçunun bir ayağına 80 milyon avro qiymət qoyuldu

28 Aprel 2017 23:23

İmişlidə piyadanı avtomobil vurub

28 Aprel 2017 23:22

"Spartak"ın oyunçusu karyerasını Türkiyədə davam etdirəcək

28 Aprel 2017 23:22

"Məhz bu səbəbdən Meksika ilə aramızda divarın olması zəruridir"

28 Aprel 2017 23:17

Selena Qomez üç fərqli geyimdə - FOTO

28 Aprel 2017 23:12

"Prezidentlikdən öncəki həyatım üçün darıxıram"

28 Aprel 2017 23:12

Dərini təmizləyir, məsamələri yığır - GİL MASKASI

28 Aprel 2017 23:12

Ölkənin birincı xanımı televiziya aparıcısı olacaq - FOTOLAR

28 Aprel 2017 23:08

Elməddin xanımı haqda: "4 il olmuşuq"

28 Aprel 2017 23:05

"Son illərdə "Milan"ın heç bir baş məşqçisi məndən yaxşı olmayıb"

28 Aprel 2017 23:05

22 yaşlı qadın müəmmalı şəkildə bıçaq xəsarəti aldı - Ucarda

28 Aprel 2017 23:04

"Monako" 80 milyon avroya Mbappenin yalnız bir ayağını satar"

28 Aprel 2017 22:57

Xatirə İslam tənqid olundu - FOTO

28 Aprel 2017 22:57

"Shamkir Chess 2017":

28 Aprel 2017 22:55

Tarkan 50 avroluq nahar etdi, ofisiantlara 450 avro bəxşiş verdi

28 Aprel 2017 22:52

Hülya Avşar şayiələrə son qoydu - VİDEO

28 Aprel 2017 22:52

Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu

28 Aprel 2017 22:49

Tanınmış aparıcı qızı ilə bu evdə yaşayır - FOTO

28 Aprel 2017 22:47

Quartz: Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

28 Aprel 2017 22:42

Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir

28 Aprel 2017 22:42

Fəhləlikdən milyonçuluğa gedən yol –

28 Aprel 2017 22:38

"Əl-Qaidə"nin liderlərindən biri məhv edilib

28 Aprel 2017 22:37

ABŞ-ın sabiq prezidenti xəstəxanadan evə buraxılıb

28 Aprel 2017 22:37

Dünya liderlərinin cah-cəlallı İQAMƏTGAHLARI - FOTOLAR

28 Aprel 2017 22:33

Gül kələmi - həm tərəvəz, həm dərman

28 Aprel 2017 22:32

Rollarına görə keçəl olan 9 aktrisa - FOTO

28 Aprel 2017 22:32

Sözünü, əməli təkzib edir: Qadağan olsa da, uşaqlara siqaret satılır - VİDEO

28 Aprel 2017 22:27

Avtobus sürməyə icazəsi yoxdur - amma sükan arxasındadır - VİDEO

28 Aprel 2017 22:27

Ata Buş xəstəxanadan evə buraxıldı

28 Aprel 2017 22:24