Toyuqlu "bomba"lar - FOTO

Toyuqlu "bomba"lar - FOTO
07:05 2 Yanvar 2016
100 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az toyuqlu "bomba"ların hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q toyuq filesi 
300 q şampinyon
70 q pendir
3 x.q. qaymaq 
1 baş soğan 
duz
istiot

Təmizlənmiş göbələyi kubik doğrayıb xırda doğranmış soğanla birlikdə bitki yağında qovurun, sonda duz-istiot vurun. Sürtgəcdən keçirilmiş pendir və qaymaq əlavə edib qarışdırın, ocaqdan götürün. 

Toyuq ətini döyün, duz, istiot vurun. 

Ətin ortasına iç qoyub qatlayın, yumru forma verin. Lazım gələrsə diş çöpləriylə bərkidin. 

Folqanı bitki yağıyla yağlayıb, "bomba"ları içinə qoyun, bükün. 
200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin, sonra folqanı açıb daha 5-10 dəqiqə, qızaranadək bişirin. 

Nuş olsun! 

Milli.Az 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/394629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR