Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Venesuela Kolumbiyanın qazını kəsdi

Venesuela Kolumbiyanın qazını kəsdi

Date: 2 January 2016 07:46

Venesuelanın dövlət neft şirkəti Kolumbiyaya təbii qaz ixracını dayandırıb. ANS PRESS-in məlumatına görə, bunun iqlim şəraiti ilə əlaqədar olduğu bildirilir. Bu barədə Kolumbiyanın Mədən və Enerji Nazirliyi açıqlama verib.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, təbii qaz ölkənin özünə daha çox lazım olduğu üçün qazın daxildə istifadəsinə daha çox üstünlük verilr.

Müqavilədə Venesuelanın gün ərzində Kolumbiyanı 39 milyon kub ton qazla təmin etməli olduğu göstərilir. Bu isə, Kolumbiyanın qaza olan ehtiyacının 3 fazini təşkil edir.

Kolumbiya rəsmiləri qaz verilişinin nə vaxt bərpa olunacağına dair Venesuelaya müraciət edib.

Hazırda Kolumbiya ərazisində El Nino fenomeni ilə əlaqədar quraqlıq müşahidə olunur. Ölkə ərazisinin 70 faizi And dağlarından əldə edilən hidroelektrik enerjisi hesabına təmin olunur.

Tags:  Venesuela Kolumbiyanın qazını kəsdi


RƏYLƏR


Top news