Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyədə donuz qripinə yoluxmaqda şübhəli olan qadın həyatını itirdi

Türkiyədə donuz qripinə yoluxmaqda şübhəli olan qadın həyatını itirdi

Date: 2 January 2016 07:57

Türkiyənin Niğdə şəhərində yüksək temperaturla xəstəxanaya gətirilən iki qadından biri dünyasını dəyişib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Ovacık kəndində yaşayan qadınlar iki gün əvvəl yüksək hərarət səbəbi ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ölən qadında H1N1 (donuz qripi) virusunun olması şübhəsi ilə təhlükəsizlik tədbirləri görülmüşdü. Xəstəxana işçilərinə və vətəndaşlara maskalar paylanılmışdı.

Kəndin 2-si uşaq olmaqla, 4 sakini də müayinə məqsədilə xəstəxanaya gətirilib.

Həyatını itirən qadının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün araşdırmanın başladıldığı bildirilib.

Milli.Az


Tags:  Türkiyədə donuz qripinə yoluxmaqda şübhəli olan qadın həyatını itirdi

RƏYLƏR


Top news