Prezident ölən jurnalistin qəbrində Quran oxudu - VİDEO - FOTO

Prezident ölən jurnalistin qəbrində Quran oxudu - VİDEO - FOTO
08:05 2 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı səfərində dünyasını dəyişən jurnalistin dəfnində Quran oxuyub. Milli.Az anspress-ə istinadən xəbər verir ki, urnalist Həsən Karakaya dəfn olunarkən əvvəl dini xadimi, daha sonra prezident Ərdoğan Qurandan bir hissə oxuyub. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında rəsmi səfərdə olarkən onu müşayiət edən jurnalistlərdən biri, "Akit" qəzetinin şef-redaktoru Həsən Karakaya dekabrın 31-nə keçən gecə Mədinə şəhərində dünyasını dəyişib. Jurnalistin keçirdiyi infarkt səbəbindən öldüyü bildirilib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və jurnalist Həsən Karakaya

Karakayanın vəfatından sonra Ərdoğan səfərini yarmçıq saxlayaraq Türkiyəyə qayıtmışdı. Jurnalistin cəsədi də president Ərdoğanın olduğu təyyarə ilə Türkiyəyə aparılmışdı. Təyyarədə Ərdoğanın təlimatı ilə Həsən Karakaya üçün Yasin oxunmuşdu. 

Həsən Karakaya ötən gün İstambul şəhərindəki "Fatih" məscidində cümə namazından sonra cənazə namazı qılınaraq dəfn olunub. Dəfndə Türkiyənin prezidenti Rəvəb Tayyib Ərdoğan və baş naziri Əhməd Davudoğlu, həmçinin nazirlər və siyasətçilər iştirak edib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR