Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oğuzda taxıl əkini sahələri 745 hektar artırılıb

Oğuzda taxıl əkini sahələri 745 hektar artırılıb

Date: 2 January 2016 08:08


Oğuz, 2 yanvar, AZƏRTAC
Cari mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 2016-cı ilin məhsulu üçün 17 min 95 hektar sahədə payızlıq taxıl əkilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 745 hektar artırılıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, taxıl əkinlərinin 12 min 165 hektarını buğda, 4 min 930 hektarını isə arpa sahələri təşkil edir. Taxıl səpini üçün ayrılan 3 min 360 ton yüksək reproduksiyalı toxumun 2 min 130 tonu rayonda fəaliyyət göstərən 7 özəl toxumçuluq təsərrüfatında istehsal olunub. Toxumun qalan hissəsini isə fermerlər digər toxumçuluq təsərrüfatlarından əldə ediblər.

Tags:  Oğuzda taxıl əkini sahələri 745 hektar artırılıb


RƏYLƏR


Top news