Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kosmosdan gələn telefon zəngi: "Salam, bura Yer planetidir?"

Kosmosdan gələn telefon zəngi: "Salam, bura Yer planetidir?"

Date: 2 January 2016 08:12

İlk britaniyalı kosmonavt olan Tim Pik Beynəlxalq Kosmik Stansiyasından öz evinə zəng etmək qərarı alıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, səhvən başqa bir evə zəng edən kosmonavt "Salam, bura Yer planetidirmi" deyə soruşub.

"Doğru nömrəyə zəng etməmisiniz, səhv düşmüsünüz" deyə telefonu götürən xanım cavab verib.

43 yaşlı Tim başına gələn bu hadisəni twitter hesabından paylaşıb və həmin xanımı özünü itirmədiyinə görə alqışlamaq istədiyini qeyd edib.

Milli.Az


Tags:  Kosmosdan gələn telefon zəngi Salam bura Yer planetidir

RƏYLƏR


Top news