Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda gənclərlə bağlı əsas prioritet istiqamətlər açıqlanıb

Azərbaycanda gənclərlə bağlı əsas prioritet istiqamətlər açıqlanıb

Date: 2 January 2016 08:22

Azərbaycanda 2016-cı il üçün Gənclər və İdman Nazirliyi tərəfindən gənclər siyasətinin həyata keçirilməsi zamanı üstünlük veriləcək əsas prioritet istiqamətlər açıqlanıb.

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Trend-ə deyib ki, gənclərin ictimai həyatda fəal iştirakına şərait yaratmaq, istər yaradıçılıq, istərsə də elm sahəsində bacarıqlı, istedadlı gəncləri aşkar etmək, onların inkişafını stimullaşdırmaq, gənclərin beynəlxalq əlaqələr sistemində iştirakını daha da artırmaq, vətənpərvərlik tərbiyəsini gücləndirilmək gənclər siyasəti üzrə həyata keçiriləcək əsas hədəflər olacaq.

Nazir müavininin sözlərinə görə, müasir gəncliyimizin maraq dairəsini nəzərə almağa çalışırlar. İ.Babayev bu səbəbdən vətənpərvərlik tərbiyə məsələsinin hər zaman gündəmdə durduğuğu açıqlayıb.

Onun sözlərinə görə, hər il mütəmadi olaraq, gənclərlə bağlı sosioloji tədqiqatlar aparırlar. 2016-cı ildə də belə tədqiqatlarının keçirilməsinin gözlənildiyini söyləyən İ.Babayev qeyd edib ki, həmin zaman gənclərin maraq dairəsi ilə bağlı yeni məsələ ortaya çıxarsa, onu da nəzərə almağa çalışacaqlar.

Milli.Az


Tags:  Azərbaycanda gənclərlə bağlı əsas prioritet istiqamətlər açıqlanıb


RƏYLƏR


Top news