ABŞ-da işsizlik çoxalıb

ABŞ-da işsizlik çoxalıb
08:32 2 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ötən həftəsonu işsizlik imtiyazlarından yararlanmaq üçün dövlət qurumlarına rəsmi müraciət edənlərin sayı artıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, Amerikanın əmək nazirliyi bu barədə məlumat verib. Azı 20 minə qədər insanın dövlət qurumlarına bu barədə müraciət etdiyi bildirilir.

Belə bir statistika ölkədə işsizlik səviyyəsinin artdığını göstərsə də, ekspertlər bunun müvəqqəti bayram günləri ünsürləri ilə əlaqədar ola biləcəyini də qeyd edir. Bu, eyni zamanda, iyul ayından sonra ən yüksək göstəricidir.

Amerikada hazırda işsizliyin səviyyəsi 5 faiz təşkil edir. Bu, 42 ildə ən aşağı göstəricidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR