​ABŞ-da konqresmenin Azərbaycanla bağlı qərəzli layihəsinə qarşı petisiya yaradılıb

​ABŞ-da konqresmenin Azərbaycanla bağlı qərəzli layihəsinə qarşı petisiya yaradılıb
08:32 2 Yanvar 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatların Kaliforniya ştatında yaşayan Azərbaycan icması konqresmen Kris Smit tərəfindən ölkəmizlə bağlı irəli sürülən qərəzli qanun layihəsinə etiraz edən elektron petisiya yaradıb.
"Report" xəbər verir ki, petisiya Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayana, layihənin müzakirə olunacağı xarici əlaqələr, hüquqi məsələlər və maliyyə komitələrinin sədrlərinə ünvanlanıb.
Petisiyada qanun layihəsinin erməni lobbisinin təhriki ilə irəli sürüldüyü və buna görə də tam qərəzli xarakter daşıdığı, həmçinin erməni diasporunun əsas məqsədinin iki ölkə arasındakı münasibətlərə xələl gətirmək olduğu bildirilir.
Bu petisiyanı həm ABŞ, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycanın dostları imzalamağa dəvət edilir. Petisiyaya bu linkə daxil olaraq qoşulmaq mümkündür:
https://www.change.org/p/reject-the-racist-anti-azerbaijani-bill-at-u-s-congress

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/abs-da-konqresmenin-azerbaycanla-bagli-qerezli-layihesine-qarsi-petisiya-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR