Britaniyalı Amsterdam hava limanında bomba partladacağı ilə hədələyib

Britaniyalı Amsterdam hava limanında bomba partladacağı ilə hədələyib
08:47 2 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Niderland polisi ötən gün paytaxt Amsterdamın "Schiphol" hava limanında sərnişinləri terminalda bomba partladacağı ilə hədələyən 29 yaşlı britaniyalını saxlayıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, sərnişinlər sözügdən şəxsin üzərində bir neçə bomba olduğunu bildirməsindən sonra polisə xəbər veriblər.
Silahlı polislər xidməti itlərlə birgə kişini döşəmyə uzadaraq üzərini və baqajını axtarıblar. Axtarış zamanı aeroportun hadisə baş verən terminalındakı insanları təxliyə etmək lazım gəlib.
Polisin məlumatına görə, kişi üzərində partlayıcı maddə və qurğu gəzdirməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR