Güclü qar Bakıda nəqliyyatın işinə təsir etməyib

09:47 2 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aeroportdan "Report"a verilən məlumata görə, kəskin hava şəraitinə bamayaraq heç bir reys təxirə salınmayıb. Qurumdan bildirilib ki, uçuşlar qrafikə uyğun həyata keçirilir, ancaq qısa müddətli gecikmələr var. 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də bildirilib ki, hazırda yollarda tıxac müşahidə olunmur. 
Qeyd edək ki, dünən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Qarlı hava şəraiti hazırda davam edir. Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentinin məlumatına əsasən gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gündüz 0-3° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/guclu-qar-bakida-neqliyyatin-isine-tesir-etmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR