Ötən il kikboksçularımız üçün uğurlu olub

Ötən il kikboksçularımız üçün uğurlu olub
09:48 2 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC 
Bu gün kikboksinq idman növü respublikada idman hərəkatına çevrilib.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, dünya çempionu Zaur Yusifov deyib.
“Kikboksinq qeyri-Olimpiya idman növləri içərisində öz populyarlığı ilə seçilir və hər bir kikboksçu Azərbaycanı qürurla dünya idman arenasında təmsil edir. Ötən il kikboksçularımız üçün uğurlu olub. Belə ki, İdmançılarımız yarışlarda Azərbaycanı uğurla təmsil edərək, qızıl medallar qazanıblar”,- deyə Zaur Yusifov bildirib.
Z.Yusifov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafı naminə görülən işlərin gənclərimiz arasında bu sahəyə kütləvi maraq yaratdığına diqqət çəkib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bu siyasətin fəal dəstəkçisi kimi federasiyada idmançılarımızın inkişafı üçün hər cür şərait yaradıb. Açılan yeni kikboksinq idman mərkəzləri ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının tərkib hissəsidir. Məhz bu işlərin nəticəsidir ki, bu gün minlərlə kikboksçu ölkəmizin idman hərəkatında fəal iştirak edir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_kikbokschularimiz_uchun_ugurlu_olub-915852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR