Lənkəranda istirahət mərkəzi yandı

Lənkəranda istirahət mərkəzi yandı
10:09 2 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Lənkəranda yanğın hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Rvo kəndində 70 yaşlı Sahib Nəsrullayevə məxsus istirahət mərkəzində qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Onların səyi ilə yanğının əhatə dairəsinin genişlənərək yaxınlıqdakı hotel binasına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, istirahət mərkəzinin ümumi sahəsi 80 kv.m olan mətbəxinin dam örtüyü yanaraq yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR