Azərbaycanda bir metrdən artıq qar yağdı

Azərbaycanda bir metrdən artıq qar yağdı
10:22 2 Yanvar 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şimal-qərb bölgəsinə dekabrın 31-dən başlayaraq yağmağa başlayan qar hazırda da davam edir.
 
APA-nın xəbərinə görə, Balakən, Qax, Zaqatala rayonlarının düzənlik ərazilərində qarın qalınlığı 80, dağlıq yaşayış məntəqələrində isə 1 metrdən çoxdur.
 
Nəticədə bölgənin əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Yollar qarla örtülüb, magistral yollarda hərəkət dayanıb.
 
Rayon icra hakimiyyətlərindən bildirilib ki, hazırda magistral yollarda təmizlənmə işlərinə başlanıb, gün ərzində işlər davam etdiriləcək.
 
Elektrik enerjisi verilişinin günün sonuna kimi bərpa olunacağı açıqlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR