Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Boliviya ordusu Çe Gevaranı öldürən generalın qızına tapşırıldı

Boliviya ordusu Çe Gevaranı öldürən generalın qızına tapşırıldı

Date: 2 January 2016 10:24

 

Xina Reke Teran vəzifəsinin icrasına başlayıb.

 

Kubanın əfsanəvi qəhrəmanı, argentinalı inqilabçı Ernesto Çe Qevaranı güllələyən general Luis Antonio Reke Teranın qızı Xina Reke Teran Boliviyanın ali baş komandanı təyin olundu.

 

Lent.az-ın Ans-ı istinadən məlumatına görə, 53 yaşlı Xina Teran Boliviyanın ilk qadın ali baş komadanı oldu. Ölkə prezidenti Evo Moralesin iştirak etdiyi mərasimdə and içən Xina Reke Teran vəzifəsinin icrasına başlayıb.

 

İnqilabçı Çe Qevara 1967-ci il oktyabrın 9-da Boliviyada esir götürüldükdən sonra yaxınlıqdakı La İqera kəndindəki məktəbə aparılır və ertəsi gün güllələnərək edam edilir. Püşkatma nəticəsində güllələnmə işi o zamanlar Boliviya ordusunda çavuş olan Luis Reke Terana tapşırılır. Edamın icrası vaxtı Teranın çox həyəcanlandığı və Çe Qevaranı sadəcə yaraladığı, Çenin həmin anda naməlum şəxs tərəfindən güllə ilə vurularaq öldürüldüyü qeyd edilir.



Tags:  Boliviya ordusu Çe Gevaranı öldürən generalın qızına tapşırıldı

RƏYLƏR


Top news