Kürdəmirdə dəhşətli qəza: 7 yaralı

Kürdəmirdə dəhşətli qəza: 7 yaralı
10:56 2 Yanvar 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, qəza Bakı-Qazax yolunun 207-ci kilometrliyində - Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Göyçay rayon sakini, 46 yaşlı Elşad Allahverən oğlu Əzizovun idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Gəncə şəhər sakini, 34 yaşlı Şahzadə Nizami oğlu Qasımovun idarə etdiyi mikroavtobus toqquşub.

Xəsarət alanlar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, axşam saat 23.40 radələrində xəstəxanaya 7 nəfər gətililib. Sərnişinlərdən 1 nəfər cərrahiyə, 1 nəfəri reanimasiyaya, 3 nəfər tramatoligiyaya yerləşdirilib. 2 nəfər isə anbulator müalicəyə götürülüb. Cərrahiyə şöbəsinə yerləşdirilən 23 yaşlı Günel Elşən qızı Əzizovanın vəziyyə ağır olduğu üçün o Bakıya göndəriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR