Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Muarem Azərbaycan klubu ilə anlaşdı"

"Muarem Azərbaycan klubu ilə anlaşdı"

"Köhlən atlar" Sumqayıtda belə "şahə qalxdı" - VİDEO (04 Mart 2017 18:58)
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi (04 Mart 2017 18:42)
Azərbaycan Premyer Liqasında XXI tura start verilib (04 Mart 2017 18:02)

Tarix: 2 Yanvar 2016 11:05

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin "Malatyaspor"a keçidi baş tutmayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Malatya klubunun idman direktoru Ali Ravcı deyib.
 
Ötən yayda keçdiyi "Əskişəhərspor"da çox qalmayan makedoniyalı yarımmüdafiəçi ilk dövrə başa çatmamış Superliqa klubu ilə yollarını ayırmışdı. Adı yenidən "Qarabağ"la birgə hallanan 27 yaşlı oyunçu PTT I liqa təmsilçisi "Malatyaspor"la anlaşmışdı.
 
Lakin Ali Ravcı bu keçidin baş tutmayacağını söyləyib. O, bunun səbəbini də bildirib: "Muaremlə danışıqlarımız bir müddət idi ki, davam edirdi. Lakin keçid gerçəkləşmədi. Çünki bu futbolçu Azərbaycan klublarından biri ilə anlaşdı".
 
Muaremin anlaşdığı komandanın "Qarabağ" olması istisna deyil. Çünki Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da makedoniyalının dönməsinin əleyhinə olmadığını bildirmişdi.
 
Qeyd edək ki, Muarem Muarem 2012-2015-ci illərdə formasını geyindiyi "Qarabağ"ı cari mövsümün əvvəlində "Əskişəhərspor"a dəyişmişdi.

Milli.Az


Teqlər:  Muarem Azərbaycan klubu anlaşdı



RƏYLƏR


Top xəbərlər