​Azərbaycanda qeyri-həyat sığortasından toplanan vəsaitin miqdarı açıqlanıb

​Azərbaycanda qeyri-həyat sığortasından toplanan vəsaitin miqdarı açıqlanıb
11:17 2 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanan sığorta haqlarının 297,85 mln. manatı və ya 73,9%-i qeyri-həyat sığortasının payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından "Report"a verilən məlumata görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 2,3% böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların 23,8%-i və ya 70,8 mln. manatı avtomobillərin icbari sığortasının, 21,3%-i və ya 63,4 mln. manatı tibbi sığortanın, 10,4%-i və ya 31 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 26,4 mln. manatı kasko sığortasının, 8%-i və ya 24 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 27,6%-i və ya 82,25 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
11 ay ərzində sığorta ödənişlərinin 72,9%-ni və ya 114,8 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,6% azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 40,3%-i və ya 46,3 mln. manatı tibbi sığortanın, 26,3%-i və ya 30,1 mln. manatı avtomobillərin icbari sığortasının, 19%-i və ya 21,8 mln. manatı kasko sığortasının, qalan 14,4%-i və ya 16,6 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanan hər 100 manat sığorta haqqının 38,5 manatı ödəniş edilib. 2014-cü ilin ilk 11 ayında isə bu rəqəm 40,1 manat olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-qeyri-heyat-sigortasindan-toplanan-vesaitin-miqdari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR