Beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar

Beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar
11:37 2 Yanvar 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Ötən ilin noyabrın 1-də keçirilən parlament seçkiləri ilə formalaşdırılan beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar. 
“Report” xəbər verir ki, yanvarın 1-dən tətilə buraxılıblar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar.
Qeyd edək ki, Nizamnaməyə əsasən, tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/besinci-cagiris-milli-meclisin-deputatlari-ilk-tetile-cixiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR