Lahıc yolunda qar uçqunu baş verib

11:38 2 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 2 yanvar, AZƏRTAC
İsmayıllı rayonunun Lahıc yolunda, Namazgah kəndi ərazisində qar uçqunu baş verib. Nəticədə yol tamamilə bağlanıb.
Rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev AZƏRTAC-a bildirib ki, , hazırda əraziyə çoxlu sayda texnika cəlb olunub, yolun açılması istiqamətində iş görülür.
Bildirilib ki, qarın hündürlüyü İsmayıllı şəhərində 45 santımetrə, rayonun şimal hissəsində isə 70-75 santımetrə çatıb. Qarın ağırlığına tab gətirməyən işıq naqillərində problemlər yaranıb. Nəticədə 12 yaşayış məntəqəsində işıqlar tamamilə sönüb, hazırda mütəxəssislər tərəfindən enerjinin bərpası istiqamətində iş aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lahic_yolunda_qar_uchqunu_bas_verib-915855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR