Bolqarıstan türkləri Qənirə Paşayevanı mükafatlandırıb

Bolqarıstan türkləri Qənirə Paşayevanı mükafatlandırıb
12:24 2 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Q.Paşayeva Azərbaycanda səfərdə olan  BULTÜRK Genel başkanı Rafet Ulutürk  və təşkilatın üzvləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili BULTÜRK Genelbaşkanı ilə görüşdə onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artıracaqlarına inandığını deyib. Q. Paşayeva Azərbaycanla  Türk dövlət və toplumlarının QHT-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyət verici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. BULTÜRK Genel başkanı Rafet Ulutürk  və təşkilatın üzvləriilə görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açıb.

 

 Q. Paşayeva Azərbaycan QHT-ləri ilə Türk dövlət və toplumlarından olan QHT-lər arasında əməkdaşlığın artmasının daha da vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib. Azərbaycanı çox sevdiklərini və Qarabağ həqiqətlərinin yayılması istiqamətində hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən  BULTÜRK Genel başkanı Rafet Ulutürk  və təşkilat üzvləri millət vəkili Q. Paşayevaya Bolqarıstanda türklərinin vəziyyəti ilə bağlı son məlumatlar verib.

 

Millət vəkili Q.Paşayeva “Siz bizim qardaş-bacılarımızsınız və insanlarımızın yanında olmaq bizim borcumuzdur”- deyərək bundan sonra da hər zaman  Bolqarıstanda  yaşayan insanlarımızla münasibətlərin genişlənməsi, onların səsinin dünyaya daha geniş çatdırılması istiqamətində əlindən gələni edəcəyini deyib. Millət vəkili Azərbaycan gənclərinin orada yaşayan insanımızı daha yaxından tanıması işinə töhfə vermək üçün Bolqarıstan türkləri ilə bağlı hazırladığı yazıların yaxınlarda dərc ediləcəyini bildirib. 

 

Qeyd edək ki, görüşün sonunda millət vəkili Qənirə Paşayeva BULTÜRK Genel başkanı Rafet Ulutürk  və təşkilatın üzvlərinə  Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri”, “Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib. Görüşdə Atatürk Mərkəzinin şöbə müdiri, şair, araştırmaçı Əkbər Qoşalı də iştirak edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR