Dubayda yanğın baş verən oteldə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlar yoxdur

Dubayda yanğın baş verən oteldə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlar yoxdur
12:28 2 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
Dubayda yanğın baş verən oteldə Yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları olsa da xoşbəxtlikdən onlardan heç biri xəsarət almayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, ölkəmizin Dubay Əmirliyindəki baş konsulluğu oteldə baş vermiş yanğında xəsarət alanlar arasında vətəndaşlarımızın olmamasını təsdiqləyib.
Qeyd edək ki, yanğın zamanı mehmanxanada olanların hamısı təxliyə edilib. Hadisə nəticəsində 16 nəfər yüngül xəsarət alıb, bir nəfər ürək tutmasından dünyasını dəyişib.
Yanğının səbəbləri hələlik məlum deyil.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dubayda_yangin_bas_veren_otelde_xesaret_alanlar_arasinda_Azerbaycan_vetendaslar_yoxdur-915861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR