Gəncədə silah-sürsat tapılıb

12:32 2 Yanvar 2016
16 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, şöbədə onun üzərinə baxış keçirildiyi zaman gödəkçəsinin cibindən 28.2 qram tiryək aşkarlanaraq götürülüb.
Əvvəllər də Cinayət Məcəlləsinin 206.2, 234.1 və 318.1-ci maddələri ilə məhkumluq həyatı yaşamış X.Zeynalovun yaşadığı ünvana baxış keçirilərkən, evdən 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança, üzərində olan sandıqca və 3 ədəd güllə, 1 kq 50 qram tiryək və ümumi çəkisi 29 kq olan marixuana aşkarlanaraq götürülüb.
Bundan başqa Gəncə şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəlalov Xaliq Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi çəkisi 102 qram olan tiryək, evindən isə ümumi çəkisi 5 kq 200 qram olan maruxana aşkarlanaraq götürülüb.
X.Cəlalov əvvəllər də 4 dəfə məhkumluq həyatı yaşayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-silah-sursat-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR